HƏMAS və İsrail arasında 3-cü girov mübadiləsi başa çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilib ki, HƏMAS və İsrail arasında məhbus mübadiləsi sazişinin birinci mərhələsinin üçüncü hissəsi çərçivəsində HƏMAS tərəfindən saxlanılan 8 əsir Qızıl Xaç qruplarına təhvil verilib.
Verilən məlumata görə, HƏMAS-ın israilli məhbusları azad etməsindən sonra İsrail də 110 fələstinli məhbusu azad edib.