Xəbərlər

HƏMAS və İsrail arasında məhbus mübadiləsinin üçüncü mərhələsi başlayıb

HƏMAS ilə İsrail arasında əsir mübadiləsinin 3-cü mərhələsi baş tutub. Mübadilə nəticəsində Qəzzada əsir qalan israilli qadın əsgərlərdən Agam Berger Cibaliyedə Beynəlxalq Qırmızı Xaç komandasına təhvil verilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, əsir mübadiləsi HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın evinin qarşısında baş tutub.

Əsir mübadiləsinin üçüncü mərhələsində Qəzza zolağından azad ediləcək 3 israilli məhbusun Qırmızı Xaça təhvil verilməsinə başlanılıb.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları və Beynəlxalq Qırmızı Xaç qrupları artıq ilk məhbusun təhvil verilməsi ilə bağlı sənədləri imzalayıb.