Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə ömrünün 95-ci ilində əbədiyyətə qovuşub.
Ədəbi mühitdə zəngin və mənalı ömür yolu ilə yadda qalan sənətkar milli poeziyamıza dərin lirik lövhələr, fəlsəfi düşüncələr və unudulmaz misralar bəxş edib.
“Fuyuzat.az” olaraq, MİMTA Fondunun mətbu orqanı olan “Füyuzat” jurnalının redaksiya heyətinin üzvü, dəyərli şairimizin əziz xatirəsini ehtiramla yad edir, onun unudulmaz poeziya nümunələrindən bir qismini oxucularımıza təqdim edirik:
Azadlıq himni
Hər millətin, hər torpağın,
Öz adı var, öz ünvanı.
Yağılara baş əyməyib,
Azərbaycan qəhrəmanı.
Vahid vətən himnimizdir,
Şəhidlərin axan qanı.
Nəsillərə yadigardır,
Zaman yazdı bu dastanı.
Üçrənglidir bayrağımız,
Qalxan bayraq enən deyil!
Mərd oğullar dar ayaqda
Öz andından dönən deyil!
O torpaq ki tapdalanır
Ayaq altda,
Vətən deyil!
O torpaqda bağ becərsən –,
Ot göyərib bitən deyil!
Millətlərə hürriyyətdi,
İstiqlaldır şüarımız.
Azadlığı, səadəti,
Qorumaqdır qərarımız.
Azərbaycan – ana torpaq,
Qədim Odlar diyarımız.
Yaşadıqca Vətənimiz,
Ölsək, şəhid məzarımız!
Bir yol ayrıcına bənzəyir həyat
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Taleyim
Yollar, izlәr bağlanıbdı üzümә,
yaxşı desәm, yaman deyir taleyim.
Öz әlimdәn hara qaçım bilmirәm,
tutub mәni dayan deyir taleyim.
Mәndәn soruş nәdir indi dәrd-әlәm,
kömәyimә nә söz çatır, nә qәlәm.
İstәyirәm, bir az yatıb dincәlәm,
silkәlәyib oyan deyir taleyim.
Heç igiddәn bәxtin üzü dönmәsin,
ocağının odu-közü sönmәsin.
Gözә kölgә, üzә bulud enmәsin,
yalvardıqca qan-qan deyir taleyim.
Dәrin-dәrin dәryalarda üzәrdim,
sәhralarda külәk olub әsәrdim.
Namәrd mәnә hәr nә desә, dözәrdim,
indi mәnә yalan deyir taleyim.
Evim durur, könlüm evi talandı,
mәnim bәxtim mәni gözdәn salandı.
İnanmıram, deyilәnlәr yalandı,
yalanlara inan deyir taleyim.
Mən tələsdim
Mәn ömrüm uzunu tәlәsdim, şair,
istәdim, dәrәdәn mәn dağa qalxım.
Saatlar üstündә çox әsdim, şair,
dedim ki, bir anda ayağa qalxım.
Tәlәsdim elә bil saç ağartmağa,
bilmirәm, heç niyә tәlәsdim, şair.
Tәlәsdim gözümә eynәk taxmağa,
otuzdan әlliyә tәlәsdim, şair.
Oyandım yolların yüz dolayında
ahәyatın özüydü mәni oyadan.
Yaz yenә vaxtında gәldi dünyaya,
qış yenә vaxtında getdi dünyadan.
Hazırladı: Günel Natiqqızı



