“Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Hindistana səfəri Rusiya-Hindistan münasibətlərini gücləndirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan parlamentinin Aşağı Palatasının (Lok Sabha) sədri Om Birla deyib.
“Rusiya və Hindistan arasında çoxillik dostluq münasibətləri var. Dövlət Dumasının sədrinin səfəri böyük dəyərə malikdir. Bu səfər iki ölkə və parlamentlərimiz arasında əlaqələri daha da gücləndirəcək”, – Birla qeyd edib.