Xəbərlər

İordaniya, Suriya və ABŞ üçtərəfli danışıqlar aparacaq

İordaniya rəsmiləri Suriyanın yenidən qurulmasına dəstək yollarını müzakirə etmək üçün çərşənbə axşamı Suriya və Amerika rəsmiləri ilə görüşəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə İordaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, rəsmi Dəməşq müharibədən zərər çəkmiş iqtisadiyyatı dirçəltmək üçün beynəlxalq şirkətlərlə investisiya sazişləri axtarır.

Nazirliyin bəyanatında əlavə olunub ki, görüşdə Suriya xarici işlər naziri Əsəd Əl-Şaibani və ABŞ-ın Suriya üzrə nümayəndəsi Tomas Barak iştirak edəcək.