Xəbərlər

İran Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİCS ölkələrinin toplantısında iştirak etmək üçün Sankt-Peterburqa gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Moskvadakı səfirliyi məlumat yayıb.

“Ali Milli Təhlükəsizlik Şuramızın katibi bu həftə Sankt-Peterburqda keçiriləcək BRİCS ölkələrinin toplantısında iştirak etmək üçün bu gün günorta saatlarında Pulkovo hava limanına gəlib”, – məlumatda qeyd edilib.