“İran İsrailin təcavüzünə son qoyduqdan sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir saziş imzalamadan İsrailə cavab zərbələri endirməyi dayandırıb”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
“Bizim İsraillə hər hansı bəndləri ehtiva edən hər hansı yazılı razılaşmamız olmayıb. Baş verənlər onların təcavüzünə son qoydu və buna paralel olaraq İran hazırlığını saxlamaqla heç bir hücum həyata keçirməyəcək”, – siyasətçi qeyd edib.