İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsində ölənlərin sayı 41 min 272-ə, yaralıların sayı isə 95 min 551-ə yüksəlib.