Xəbərlər

İsrail təyyarələri Rəfaha hücum edib: Ən azı 20 nəfər ölüb

İsrailin Rəfah şəhərində 3 evə endirdiyi hava zərbəsi nəticəsində azı 20 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC Türkçe” məlumat yayıb.

“İsrail həftələrdir ki, HƏMAS-ın Qəzza zolağında son qalası olduğunu iddia etdiyi Rəfaha qarşı genişmiqyaslı hərbi əməliyyat planlaşdırır. Bununla belə, bir çox ölkələr və Birləşmiş Millətlər Təşkilatı Rəfaha hücumun bölgədə sığınacaq axtaran insanların sayına görə humanitar fəlakətlə nəticələnə biləcəyindən narahatdır”, – məlumatda qeyd edilib.

HƏMAS rəsmiləri bazar günü bildiriblər ki, təşkilatın Qəzzadan məsul liderinin müavini Xəlil Əl Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Qətər və Misirdən olan vasitəçilərlə İsrailin son razılaşma təklifini müzakirə edəcək.