İsrailin müdafiə naziri İsrail Katz ABŞ müdafiə naziri Pit Heqset ilə bəzi məsələləri müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Katz “X” səhifəsində bildirib.
“Biz bütün girovların vətənə qaytarılmalı və Qəzzada HƏMAS hakimiyyətinin məhv edilməli olduğu barədə razılaşdıq. İran regional təhlükəsizliyə ən böyük təhlükə olaraq qalır və biz onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birlikdə çalışacağıq”, – Katz qeyd edib.
Verilən məlumata görə, Katz amerikalı həmkarına İsrailə hərbi yardımın göndərilməsinin sürətləndirilməsində ABŞ prezidenti Donald Tramp administrasiyasının dəstəyinə və İsrailin təhlükəsizliyinə sarsılmaz öhdəliyinə görə təşəkkür edib.