Xəbərlər

KİV: İsrail ordusu Qəzza zolağının cənubunda 300-dən çox radikalı məhv edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS hərəkatının 300-dən çox silahlısını məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbçiləri Rəfahın qərbindəki Tell es-Sultan bölgəsində 300-dən çox radikalı, uzaqmənzilli raketlərin anbarını, snayper tügənglərini, döyüş sursatlarını, tank əleyhinə raketləri və qumbaraatanların olduğu silah anbarını aşkar edərək məhv edib.