Xəbərlər

KİV: Misir Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə çalışır

“Misir Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çalışır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

“Vasitəçilər HƏMAS hərəkatı ilə İsrail arasında danışıqların ikinci mərhələsinin başlanması ilə bağlı mübahisələr həll olunana qədər atəşkəs rejiminin uzadılmasına çalışırlar. Həmçinin onlar İsraildən hərbi əməliyyatları bərpa etməməyi, İsrail isə öz növbəsində vasitəçilərdən Qəzza zolağının yenidən qurulması başlamazdan əvvəl HƏMAS-ı tərksilah etməyi tələb edib”, – məlumatda bildirilib.