Milli Kitabxanada Azərbaycan Ordusunun Laçın şəhərində avqustun 26-da yerləşməsi ilə bağlı “26 avqust – Laçın Şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.



