Şairin Qafqaz mövzusuna aid olan “İsmayıl bəy” poeması rus çarizminin istilaçı siyasətinə qarşı olan mübarizəyə həsr olunmuşdur.
İthaf
Yenə ilhami-şeir gəldi bana
Ki, diriltdi bu ruhsuz canı
Eşqin ənqazı, möhnəti, kədəri
Eylədi şeir, şeri-ruhani.
Munisi-eşq yox, qərib, çöldə,
Mürği-cənnət, o löbəti-murğan.
Quru bir şax üzərinə qonmuş da
Olmadı kainata feyzrəsan.
Müxtəlic, müztərib cənub küləyi
Bağırır, çırpınır, edir tufan.
Yox quşun bir təsiri bundan,
Hədəf mədhidir – xortaban.
Sən də ey eşqimin sitarəsi, ey
Fəvəranlarıma bir rəfiqi-əzəl!
Dinlə keçmiş günün şeirlərini
Ki, deyil imdiki o qədər gözəl.
İqtidar fəraqi, xəşyətini
Zə’fə uğratmamış nə nar, nə nur.
Hər səidin səadəti səndən,
Bəni hər kəs digərlərində bulur.
Birinci hissə
-1-
Qoca Qafqas, sənə salam olsun!
Deyiləm bən yabançı dağlarına,
Ta çocuqkən o dağlarınla bəni…
Bəni qaldıran asimanlarına.
O zamandan bəri düşüncələrim
Həp cənub asimanı, həp qayalar,
Hürrsən, çox gözəlsən, ey Qafqas,
Siz də, ey yüksək, ey gözəl dağlar.
Sizdə… axşamları üfüqlərdə
Toplaşan həp səhabi-siminbər,
Yanaşarkən sizə lətif, zərif
Bir mələk balına nasıl bənzər!..
Bu qanadlarla siz nə cazibədar,
Bu mənazir nə qədər calib olur!..
Bir də mai-həvayi-safında
Seyrimə pək lətif, cazib olur!
-2-
Aşiqəm bən sənin, böyük Qafqas,
İgid övladının rəşadətinə.
Lacivərdi-səmayi-safını bən
Sevirəm, valehəm lətafətinə.
Külək əsdikcə dağdan, dərədən,
İnikas eyləyir birər səslər.
Sanki bir bəkçinin nidalarına
Başqa bəkçi cavablar söylər.
İştə birdən Günəş edincə tülu,
Həp məzhəb olur sular, sellər.
Açılınca şükufə ətir saçar,
Bir behişt bağçası təcəssüm eylər.
Gün batarkən yağışlı axşamlar
Parçalanmış səhabı seyr edərəm.
Bulutun rövzəni-bənəfşindən
Görükən asimanı xoşlayaram.
Qaya üstündə qala, səhərəngiz…
Əski qərnin müxəlləd abidəsi.
Böyüyür anbaan və həp birdən
Yox olur əscəyin dağ üfləməsi.
Kəndi səhraları və dağlarını,
Seyr edirkən cahani-röyada,
Bir günahkar, zavallı məhbusun
Tıbqı böylə – sədayi qəladə.
Dağıdır lövheyi-müxəyyəlini…
Eyni halda qüruba doğru baxar.
Görürəm, qar kimi bəyaz, pənbə
Əbrlər səmti-qərbə həp qoşuşar.
Gündüzün seyrini bitirdikdə
Toplaşırlar bəşuş, xəndəkonan
Öylə şatir ki.. san, inanmışlar,
Duracaqlar, nə qədər dursa cahan!
-3-
Yerləşən dağ içində bu əqvam
Yaşayar tam bir bədavətdə.
Həqq olunca – eyni-hürriyyət
Şər’i onlar bulur qəzavətdə.
Həp hücum, cəng, həp qəzavü-qədər,
Rüşdünü həp qəza içində görər!
Burada annələr çocuqlarını
Moskov ismilə həp ixafə edər.
Düşməni qətl bir günah deyil,
Əhdə qılmaq vəfa, bu bir adət,
Daha möhkəmdir intiqam almaq,
Qana qandır da – xeyrə də xeyrat.
Nifrətin yox ki, həddi, payanı,
Yox məhəbbətdə öylə bipayan.
-4-
Kazbek övladı, ixtiyar, dağlı
Bir çeçen söyləyirdi bir dastan:
Dağlar içrə məni edir təşyi’,
Əski qərnin o bir hekayəsini
Anladır idi qəhrəmanlarını,
Onların iqtidar, payəsini.
Mənbə: “Dirilik” məcmuəsi, №1–№2, 1914
Ardı var…



