“İsrail işğalçı qüvvələri dörd aydır ki, aqressiv hərəkətlərini davam etdirir, həmçinin atəşkəs rejimini 1500-dən çox pozub”.
“Füyuzat”ın məlumatına görə, bunu Livan parlamentinin sədri Nəbih Berri deyib.
“Şənbə günü baş verən İsrail ərazisinin atəşə tutulması yalnız bir tərəfə – İsrailə fayda verə bilərdi. Livan ordusu, təhlükəsizlik qüvvələri və BMT Təhlükəsizlik Şurasının 1701 saylı Qətnaməsinin monitorinq komitəsini bu hadisə ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırırıq”, – Berri bildirib.