Xəbərlər

Mikelancelonun həyatının son onilliklərini araşdıran yeni sərgi açılıb

Britaniya Muzeyində Mikelancelonun həyatının son onilliklərini araşdıran yeni sərgi açılıb.

“Füyuzat”ın məlumatına görə, sərginin diqqət çəkən məqamları arasında Mikelancelonun günümüzə gəlib çatan yeganə tam karikaturası (Epifania), kağız üzərində İntibah dövrünün ən böyük əsərlərindən biri olan tam miqyaslı hazırlıq rəsmləri var.

Davud heykəli ilə dünyaca məşhurlaşan İtalyan dahisi Mikelancelo daha çox ilk nailiyyətləri ilə tanınır. Bununla belə, 2 may tarixində Londondakı Britaniya Muzeyində açılan yeni sərgi Mikelancelonun daha az tanınan dövrünü, yəni onun son illərini işıqlandırmaq məqsədi daşıyıb.

Onun 50-ci yaşlarından ölümünə qədər olan dövrü əhatə edən “Mikelancelo: Son onilliklər” adlı sərgidə nadir sərvətlər, o cümlədən hündürlüyü iki metr olan “Epifaniya” sərgilənir. Mikelancelo tərəfindən qara təbaşirlə tamamlanan rəsm 2018-ci ildə bərpa olunduqdan sonra ilk dəfə ictimaiyyətə göstərilir.

Sərgi 28 iyula qədər davam edəcək.