Xəbərlər

Milli Kitabxanada “Akademik Tofiq Hacıyev – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada görkəmli türkoloq alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Akademik Tofiq Hacıyev – 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Füyuzat” xəbər verir ki, bu barədə  kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgidə akademikin türkologiya sahəsindəki iri həcimli araşdırmaları, Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlili haqqında, ana dili, nitq mədəniyyətləri, dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı sanballı dərslikləri, fundamental monoqrafiyaları, tərcümələri, elmi-publisistik məqalələrindən ibarət nəşrləri, həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ədəbiyyarlar, Akademik Tofiq Hacıyevin dilçilik görüşləri, filoloji görüşləri və s. mövzularda elmi tədqiqat işləri nümayiş olunur.