Misir İran və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb və hər iki tərəfi ona əməl etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyindən bildirilib.
“Misir İran və İsrail arasında ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəs razılaşmasını alqışlayır. Biz həm İsrail, həm də İran tərəflərini atəşkəsə əməl etməyə və maksimum təmkinli olmağa çağırırıq. Bu saziş iki ölkə arasında hərbi münaqişəyə son qoyacaq və regionda vəziyyətin sabitləşdirilməsində dönüş nöqtəsi yaradacaq”, – məlumatda qeyd olunub.