“Qəzza zolağında atəşkəs razılaşması başlayandan bəri Misir anklava 5 mindən çox yük maşını humanitar yardım göndərib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatlarına cavab olaraq bildirib.
“Misir Netanyahunun Amerika medialarından birinə müsahibəsi zamanı istifadə etdiyi ritorikasını qəbul etmir, çünki bu cür bəyanatlar Misirin Qəzzaya kömək etmək üçün göstərdiyi bütün səyləri dəyərsizləşdirir. Atəşkəs başlayandan bəri, humanitar yük daşıyan 5 min avtomobil Misir tərəfdən anklav ərazisinə daxil olub. Ancaq yardımın əhəmiyyətli hissəsinə həbs qoyulub”, – məlumatda bildirilib.