Xəbərlər

Modern.az xəbər portalının 17 yaşı tamam olur

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasından 17 il ötür.

“Füyuzat” xəbər verir ki, sayt 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

“Fuyuzat.az” kollektivi olaraq, həmkarlarımızı ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları və hər zaman geniş oxucu auditoriyası arzulayırıq.