Xəbərlər

“Trend” 31 yaşını qeyd edir

Bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasından 31 il ötür.

“Füyuzat” xəbər verir ki, “Trend” Beynəlxalq İnformasiya Agentliyi 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb.

2010-cu ildə “Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.

“Trend” 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında “Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə “Trend”i “Avrasiyada daha dinamik inkişaf edən resurs” hesab edib.

Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan “Trend” Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.

“Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.

“Fuyuzat.az” kollektivi olaraq, həmkarlarımızı ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları və hər zaman geniş oxucu auditoriyası arzulayırıq.