Xəbərlər

Murad Ağabəyli: “Palçıq Vulkanları Turizm Kompleksinə xüsusi nəqliyyatın təşkil edilməsi asan deyil”

Palçıq Vulkanları Turizm Kompleksinə xüsusi nəqliyyatın təşkil edilməsi asan deyil.

“Füyuzat” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kompleks Bakıdan təqribən 100 kilometr məsafədə yerləşir: “Bu marşrut, belə deyək, əsas turizm istiqamətlərindən biridir. Yolun kənarından əsas turizm istiqamətindən cəmi 20 kilometr uzaqlaşmaqla vulkanı ziyarət etmək mümkündür. Digər məsələ isə ondan ibarətdir ki, palçıq vulkanları kifayət qədər çox ziyarət edilən Qobustan qoruğuna çox yaxın ərazidə yerləşir. Xüsusi nəqliyyat yoxdur və bu, hər yerdə belədir, yəni hər bir turizm məhsuluna xüsusi ictimai nəqliyyatın gətirilməsi o qədər də asan olmur. Amma düşünürəm ki, ziyarət etmək istəyən turistlər üçün bu ərazi əlçatandır”, – deyə o qeyd edib.