İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi İsrail, HƏMAS hərəkatı, ABŞ və Qətər tərəfindən girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
“Sazişin təsdiqi üçün təhlükəsizlik orqanlarının nazirlərinin görüşü çağırılacaq, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də baş tutacaq”, – məlumatda bildirilib.
Qeyd edilib ki, səsvermənin təxirə salınması ilə əlaqədar sövdələşmə üzrə ilk üç girovun azad edilməsi yanvarın 20-nə təxirə salınacaq.
Gecikməyə səbəb kimi danışıqların sonunda HƏMAS ilə yaranan fikir ayrılıqları göstərilib.