Xəbərlər

O’Brien: Azərbaycan və Ermənistan delimitasiyası ilə bağlı razılığa gəliblər

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesi ilə bağlı razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brien Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı alt komitəsində “Avropanın gələcəyi” mövzusunda keçirilən dinləmədə sualları cavablandırarkən bəyan edib.

“Bəzi ərazilər var ki, hər iki tərəf hələ də həmin bölgələrdə mövcudluğunu davam etdirir. Amma çox güman ki, onlar razılaşdırılmış sərhədlərə görə geri çəkiləcəklər. Yüksək dağlıq ərazilər bu məsələdə xüsusi maraq kəsb edir. Amma bu, hər iki tərəfin işlədiyi prosesdir”, – O’Brien deyib.