“Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı təşəbbüsü heç bir məna kəsb etmir, bu, sadəcə olaraq siyasətçinin özünü tanıtmaq cəhdidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Müharibənin bitməsi və sülh nöqteyi-nəzərindən bu heç bir məna kəsb etmir. Lakin informasiya baxımından məna kəsb edir, çünki bu, Orbandan sitat gətirməyə imkan verəcək. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə münasibətləri olan, nəyisə həll edə, nəyisə özbaşına şərh edə bilən şəxs rolunu oynamaq istəyir”, – Podolyak əlavə edib.