Xəbərlər

Putin: Rusiyanın Xarkovu ələ keçirmək planları yoxdur

“Xarkov istiqamətində gedən döyüşlərdə indiki Kiyev rejimi günahkardır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Rusiya bu gün Ukraynanın şimal-şərqində yerləşən Xarkovu ələ keçirmək niyyətində deyil”, – Putin söyləyib.

Onun sözlərinə görə, bu, sadəcə Rusiya regionlarının atəşə tutulmasına cavab olaraq bufer zona yaratmaq cəhdidir.