Bu gün çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin anadan olmasının 100-cü ildönümüdür.
O, sadə dili, xalq ruhuna yaxınlığı ilə oxucuların dərin sevgisini qazanıb. Müasir Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən sənətkarın yaradıcılığı mövzu zənginliyi və rəngarəngliyi ilə seçilir.
“Fuyuzat.az” olaraq şairin yubileyi münasibətilə onun poeziya nümunələrindən bir qismini oxucularımıza təqdim edirik:
Vәtәn
Mәn gözümü bu torpaqda açmışam,
Mәnim dilim bu torpaqda söz tutub,
İmәklәmiş, yerimişәm, qaçmışam
|Dizlәrimi qanadanda daş kәsәk
İlk yaram da bu torpaqda köz tutub.
Tarixindә adım-sanım yox onun,
Hardan olsun, neynәmişәm axı mәn?
Ancaq Vәtәn mәnim kimi çoxunun
Zәhmәtini çox çәkmişdir әzәldәn.
Әllәrimdәn tuta-tuta aparmış,
Mәni hәyat yollarına çıxarmış.
Bu yerdәdir rişәlәrim, köklәrim –
Ulu babam bu torpaqda uyuyur.
Vәtәn – mәnim al şәfәqli sәhәrim,
|Onsuz günәş gözlәrimdә soyuyur.
Vәtәnsizin nә Günәşi, nә Ayı?..
Vәtәn yoxsa hәr şey hәdәr, havayı.
Qarış-qarış dolansam da cahanı,
|Gözәlsә dә yad ellәrә sәyahәt,
Heyran-heyran seyr etsәm dә hәr yanı,
Sәyahәtim burda bitәr, nәhayәt.
Ağuşuna çәkәr mәni torpağım,
Harda olsam, harda gәzib dolansam
Burda tapar әks-sәda sorağım.
Bir-birindәn hәr şey qopar, ayrılar –
Ayrılmayan bәs nә var?
Mәn,
Vәtәn!
Axşam qәribliyi
Yenә axşam çökür yamaca, yala
Sükuta qәrq olur bağça da, bağ da.
Adamın gözlәri dolur az qala
Elә bu mәqamda, elә bu çağda.
Asiman qaralır, üfüq qaralır,
Әl-ayaq çәkilir yoldan, cığırdan.
Adam ixtiyarsız xәyala dalır,
Nәyisә, kimisә anır bu zaman.
Gözün bir nöqtәyә zillәnir müdam,
Bir yerә cәm olur fikrin, düşüncәn.
Hey köks ötürürsәn düşdükcә axşam
Sәbәbi namәlum bir qüssәylә sәn.
Örüşdәn çәkilib gedir mal-qara,
Çәkilir quşların qәlb açan sәsi.
Sakitlik endikcә çıxır aşkara
Çayın dәrәdәki hәzin nәğmәsi.
Bulağı tәrk edir axırıncı qız,
O, evә tәlәsir çiynindә sәnәk.
Bulaq doluxsunur qalınca yalqız,
Sәn dә kövrәlirsәn hәmin bulaqtәk.
Әn acı, әn şirin xatirәlәrlә
Qovuşub gedirsәn, axıb gedirsәn.
Sәbәbi namәlum qәmlә, kәdәrlә,
Qaralan dağlara baxıb gedirsәn.
Gedirsәn, gedirsәn başın aşağı,
Nәyi seyr edәsәn, nәyә baxasan?
Elә bil udmuşdur dәrәni, dağı
Bir rәngә boyanmış yerlә, asiman.
Gedirsәn, deyirsәn öz-özünә sәn:
Bu sәbәbsiz olan qüssәni unut!
Lakin, heç qoyarmı qәlbin ola şәn
Axşam qәribliyi, bir dә ki, sükut?!
Qarışqalar… İnsanlar…
Baxıram qarışqa qafilәsinә
Onun nә әvvәli, nә axırı var.
Sәbirlә, tәmkinlә öz yuvasına
Elә hey azuqә daşıyır onlar.
Eyni yük altında bütün bu xilqәt,
Tәk bircә qayğıya bürünüb gedir.
Xoşdur qarışqaya çәkdiyi zәhmәt
O, ruzu dәrdiylә sürünüb gedir.
Baxıram: uzanır bir qafilә dә,
İnsan qafilәsi, insan axarı.
Bir düzüm, bir ahәng, bir qafiyәdә
O da xatırladır qarışqaları.
Azuqә daşıyır qarışqa daim,
Üstәlik yükü dә özündәn böyük.
Onun zәhmәtinә lağ etmir heç kim
Bәs insan? Bәs onun daşıdığı yük?
İnsan qafilәsi, insan axarı
Tәkcә yem daşımır qarışqalartәk.
Ölçüsüz, çәkisiz ağırlıqları
Qaldırıb aparır dözümlü ürәk.
Ürәk nә aparır, diqqәt yetir sәn!
Hüdudsuz fәrәhi, sonsuz әzabı.
Aparır insanı insan eylәyәn
Hәm sevinc, hәm qüssә, hәm iztirabı.
Ürәk vicdan yükü daşıyır müdam
Vicdan boşluğusa ürәyә lap yük…
Ürәk yük daşıyır – nifrәt, ehtiram,
Laqeydlik yükü – bel sındıran yük.
Ürәk ağırlıqlar altında vurur,
Tәngiyir… hәm dә ki, qanadlanır o.
Ürәk yük daşıyır – itaәt, qürur…
Görürsәn gah donur, gah da yanır o.
Hәzin bir xatirә, ülvi bir amal…
Bir Vәtәn hәsrәti, bir can yanğısı…
Acı bir hәqiqәt, şirin bir xәyal,
Cәfakeş ürәyin yükü, qayğısı.
Sәdaqәt, xәyanәt, doğruluq, yalan…
İnsan qafilәsi yük daşıyır, yük.
Filin dә belindә bu qәdәr әlvan
Bir belә müxtәlif biz yük görmürük.
Gedir qafilәsi qarışqaların
Bir ruzu qeydini çәkmәyә nә var.
Qalsa da altında yağışın-qarın
Pozulmaz cәrgәylә başını saxlar.
Yükü ağırsa da insanın nә qәm,
O itib-batmayır qarışqalartәk.
Çәkib karvanını gedir müntәzәm
Saribanı ağıl, mәşәli ürәk!
Təqdim etdi: Günel Natiqqızı



