Qazaxıstan hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini tərk etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstanın Ukraynadakı səfirliyinin saytında yerləşdirilən məlumatda deyilib.
Qeyd edilib ki, Qazaxıstan Respublikasının Ukraynadakı səfirliyi vətəndaşlarına Ukrayna ərazisində gərginliyin və təhlükəsizliklə bağlı risklərin artması səbəbi ilə ölkə ərazisinini tərk etməyi məsləhət görüb.