Xəbərlər

Qəzzada ölənlərin sayı 41 min 226-ya yüksəlib

7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 226 nəfərə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyindən bildirilib.

İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrinə 3 hücum həyata keçirdiyi və bu hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 76 fələstinlinin isə yaralandığı qeyd edilib.

Əlavə olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 226-ya, yaralıların sayı isə 95 min 413-ə yüksəlib.