Xəbərlər

Qəzzada ölənlərin sayı 47 583-ə yüksəlib

2023-cü ilin oktyabrından Qəzza zolağında aparılan hərbi əməliyyatlarda ölənlərin ümumi sayı 47 583 nəfərə çatıb, 111 633 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, son 24 saat ərzində xilasedicilər və tibb işçiləri sektorun müxtəlif ərazilərində daha 31 nəfərin meyitini aşkar ediblər. Səhiyyə Nazirliyinin məlumatına görə, atəş nəticəsində dağılan binaların dağıntıları altında hələ də çoxlu sayda cəsəd qaldığı ehtimal edilir.