Xəbərlər

Qırğızıstan XİN vətəndaşlarına Suriyanı tərk etməyi tövsiyə edib

Qırğızıstan Xarici İşlər Nazirliyi həmvətənlilərinə Suriya ərazisini tərk etməyi tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir.

“Vəziyyət sabitləşənə qədər nazirlik vətəndaşlara Suriya Ərəb Respublikasının ərazisini tərk etməyi tövsiyə edir”, – deyə bəyanatda bildirilir.

Xarici İşlər Nazirliyi əmin edib ki, onlar istənilən vaxt Suriya ərazisində Qırğızıstan vətəndaşlarına yardım göstərməyə hazırdırlar.