Xəbərlər

Qlobal Cənub QHT-lərinin Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC) direktoru Dima Al-Xətib ilə görüşü

WUF 13 çərçivəsində Qlobal Cənub QHT-lərinin Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC) direktoru Dima Al-Xətib QHT-lərlə görüş keçirib.

“Füyuzat” xəbər verir ki, görüşdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşı Zeyd İsmayılzadə də iştirak edir.

O, UNOSSC-nin Cənub-Cənub əməkdaşlığının təşviqindəki rolunu və QHT-lərin bu qurumla hansı yollarla əməkdaşlıq edə biləcəyini müzakirə edib.

QHT-lər isə UNOSSC ofisinin Qlobal Cənub ölkələri arasında əməkdaşlığın inkişafına necə dəstək verə biləcəyi ilə bağlı suallar ünvanlayıblar.