Xəbərlər

Reuters: Suriya Mərkəzi Bankının 26 ton qızılı var

Suriya Mərkəzi Bankının (MB) qızıl ehtiyatı 2011-ci ildən bəri azalmayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

“Talançıların girə bilmədiyi ölkənin Mərkəzi Bankının əsas anbarı ötən həftə Suriyada hakimiyyəti ələ keçirmiş qruplaşmaların nümayəndələri tərəfindən yoxlanılıb. Suriya Mərkəzi Bankında olduqca kiçik həcmdə nağd valyuta var. Bankda ümumi dəyəri 2,2 milyard dollar dəyərində olan 26 ton qızıl var”, – məlumatda bildirilib.