Xəbərlər

Rusiya birtərəfli atəşkəs elan edəcək

“Rusiya Böyük Vətən Müharibəsində qazanılan qələbəni qeyd etmək üçün təşkil olunacaq tədbirlər zamanı hərbi əməliyyatları dayandıracaq, lakin Ukrayna Rusiyanın mövqelərinə və ya obyektlərinə hücum edərsə, adekvat cavab verəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Hərbi əməliyyatlar olmayacaq. Lakin Kiyev rejimi tərəfindən qarşılıqlı münasibət olmasa və onlar bizim mövqelərimizə və ya obyektlərimizə hücumu davam etdirsələr, biz cavab tədbirləri görəcəyik”, – Peskov qeyd edib.