Xəbərlər

Rusiya Ukraynanın hərbi-sənaye komplekslərinə zərbələr endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə yüksək dəqiqlikli silahlarla qrup zərbəsi endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin obyektlərinə yüksək dəqiqlikli uzun mənzilli hava və yerüstü silahlarla qrup zərbəsi endirib. Bu obyektlər kompleks raket, döyüş sursatı, habelə partlayıcı maddələr istehsal edir. Zərbənin məqsədinə nail olunub və təyin olunmuş bütün obyektlərə təsir göstərib”, – məlumatda qeyd edilib.