Xəbərlər

Rusiya və Özbəkistan hərbi sahədə strateji tərəfdaşlıq proqramı qəbul edib

Yanvarın 22-də Daşkənddə Rusiya və Özbəkistanın müdafiə nazirlikləri arasında 2025-ci il üçün əməkdaşlıq planı və iki ölkə arasında hərbi sahədə 2026-2030-cu illər üçün strateji tərəfdaşlıq proqramı imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Sənədləri Rusiyanın müdafiə naziri Andrey Belousov və Özbəkistan müdafiə naziri Şuhrat Halmuhammedov imzalayıb.

Verilən məlumata görə, imzaatma mərasimi Rusiya müdafiə nazirinin Özbəkistana rəsmi səfəri çərçivəsində baş tutub.