“Moskva Vaşinqtonun Ukraynanın şərqində atəşkəslə bağlı təklifini nəzərdən keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin mətbuata müsahibəsində bildirib.
“Biz bu məsələyə çox ehtiyyatla yanaşırıq. Hərbi əməliyyatların tam dayandırılması yalnız sülh razılaşması əldə edildikdən sonra baş verəcək”, – səfir vurğulayıb.