Xəbərlər

Səudiyyə Ərəbistanının XİN rəhbəri son 15 ildə ilk dəfə Livana səfər edəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan əl-Səud ölkənin yeni rəhbərliyini dəstəkləmək üçün Livana bir günlük səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Nahar” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri son 15 ildə ilk dəfə Beyruta səfər edəcək, bu da Ər-Riyadın bölgədə İranın təsirinin zəifləməsindən və yeni bir simanın hakimiyyətə gəlməsindən sonra Livanda öz mövqelərini bərpa etmək istəyindən xəbər verir.