Xəbərlər

Şolts Ukraynada 30 günlük atəşkəs səylərini dəstəkləyib

Almaniya kansleri Olaf Şolts Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəklədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə kansler “X” səhifəsində bildirib.

“30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülhə doğru mühüm və düzgün addımdır”, – Şolts vurğulayıb.