Xəbərlər

Son bir həftədə Misirdən 1000-ə yaxın yardım maşını Qəzzaya daxil olub

Son bir həftə ərzində Qəzza zolağına Misirdən humanitar yardım daşıyan 1000-ə yaxın yük maşını gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al-Youm as-Sabia” informasiya portalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Misirin anklavda humanitar böhranı yumşaltmaq səyləri çərçivəsində 950-dən çox maşın humanitar yardımla Qəzzaya çatdırılıb. Qahirə hazırda Qəzza zolağında atəşkəsin yaradılmasını təmin etmək üçün bütün tərəflərlə əlaqə saxlamağa davam edir və bu, yük maşını sürücüləri üçün risk olmadan böyük həcmdə humanitar yardımın anklav ərazisinə çatmasına imkan verəcək”, – məlumatda bildirilib.