Dəməşq rəsmiləri İranı Suriyada xaos yaymağa qarşı xəbərdar edib.
“Füyuzat”ın məlumatına görə, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani deyib.
“İran Suriya xalqının iradəsinə hörmət etməli, ölkənin suverenliyi və bütövlüyü barədə bizim daxili işlərimizə qarışmamalıdır. Onları Suriyada xaos yaymamaq barədə xəbərdar edirik”, – əl-Şibani qeyd edib.