Xəbərlər

The Guardian: Kiyev Krım körpüsünə yeni hücum hazırlayır

Ukrayna Krım körpüsünə 2024-cü ilin birinci yarısında yenidən hücum etməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bunu “The Guardian” qəzeti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələrinə istinadən yazır.

Eyni zamanda, nəşrin özü Ukrayna xüsusi xidmət orqanlarının bu planları reallaşdırmaq üçün hazırkı imkanlarına şübhə ilə yanaşıb.

Buna baxmayaraq, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov xüsusi xidmətin əsas qüvvələrini Krım körpüsünü dağıtmaq məqsədini həyata keçirmək üçün göndərib.