“Birləşmiş Ştatlar HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz HƏMAS hərəkatının Qəzza zolağnı idarə etməsinə icazə verməyəcik. Yaxın Şərqdə çox ciddi irəliləyiş əldə etmişik. 7 oktyabr 2023-cü il hadisələri heç vaxt baş verməməli idi. Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq”, – Tramp vurğulayıb.



