Donald Trampın kadrlar departamenti Co Bayden administrasiyası dövründə təyin edilmiş mindən çox adamın işdən çıxarılması prosesinə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp sosial şəbəkə hesabında paylaşım edib.
“Prezidentin İnsan Resursları İdarəsi əvvəlki administrasiyadan bizim “Amerikanı Yenidən Böyük Etmək” vizyonumuza uyğun gəlməyən kadrları müəyyənləşdirir və vəzifəsindən uzaqlaşdırır”, – Tramp qeyd edib.