ABŞ prezidenti Donald Tramp İsrail, Qəzza və Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ikitərəfli danışıqların yekunu üzrə birgə mətbuat konfransı zamanı deyib.
“Mən İsraili sevirəm. Həm İsrailə, həm Qəzzaya, həm də Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırıram. Bir sözlə, bütün Yaxın Şərqdəki əraziləri ziyarət edəcəyəm”, – Tramp əlavə edib.