“Ukrayna münaqişəsinin həlli ilə bağlı təmaslar gələn həftə Səudiyyə Ərəbistanında baş tutacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlardan əvvəl deyib.
“Sabah Münxendə görüş olacaq, gələn həftə isə Səudiyyə Ərəbistanında mənimlə və ya Putinlə deyil, yüksək vəzifəli məmurlarla görüş olacaq. Və bu görüşdə Ukrayna rəsmiləri də iştirak edəcək”, – deyə dövlət başçısı bildirib.
O, ABŞ-ın Ukrayna münaqişəsinə son qoymaq istədiyini qeyd edib.