Xəbərlər

Türkiyə ordusu 17 terrorçunu zərərsizləşdirib

İraqın şimalındakı Hakurk, Qara və “Pence-Kilit” əməliyyatı bölgələrində 10 PKK terrorçusu, Suriyanın şimalında “Zeytin Dalı” və “Barış Pınarı” bölgələrində isə 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk, Qara və “Pence-Kilit”əməliyyatı bölgələrində 10 PKK terrorçusunu, “Zeytin Dalı” və “Barış Pınarı” bölgələrində isə 7 PKK/YPG terrorçusunu aşkar edib və onlar zərərsizləşdirilib. Terrorla mübarizə effektiv və qətiyyətlə davam edir”, – məlumatda qeyd edilib.