“Krım körpüsünün sualtı hissəsi partladılıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Verilən məlumata görə, təhlükəsizlik xidmətinin nümayəndələri bu gün səhər saatlarında körpünün dayaq strukturlarını minalayıblar.
Zərbə nəticəsində mülki vətəndaşlar xəsarət almayıb.
Qeyd edilib ki, hücum nəticəsində sualtı dayaqlar xeyli zədələnib və körpü qəzalı vəziyyətə düşüb.
Əməliyyata Vasiliy Malyuk rəhbərlik edib.