RT telekanalının baş redaktoru xüsusilə soyqırımda və hərbi əməliyyatların təbliğatında ittiham olunur. Buna görə də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı qiyabi olaraq yeni ittihamlar irəli sürüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə idarənin “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, Simonyan Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur: soyqırım, Ukraynanın ərazi bütövlüyünə qəsd, hərbi hərəkətlərin təbliği, habelə Ukraynada təcavüz kimi qiymətləndirilən Rusiyanın hərəkətlərinə haqq qazandırmaq, işğalı qanuni tanınmaq və inkar etmək. Həmçinin xüsusi hərbi əməliyyat iştirakçılarının təriflənməsi də buna daxildir.