Xəbərlər

Xarkov vilayətində 11 mindən çox insan sərhədyanı ərazilərdən təxliyə edilib

Mayın 10-dan Ukraynanın şərqindəki Xarkov vilayətinin sərhədyanı rayonlarından 11 mindən çox sakin təxliyə edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

“Ümumilikdə 11 018 nəfər təxliyə edilib”, – o söyləyib.

Kiyev etiraf edir ki, Xarkov vilayətində vəziyyət Ukrayna qoşunları üçün son dərəcə gərgindir. Mayın 14-də Ukrayna Baş Qərargahı bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Volçansk və Lukyantsy bölgələrində ​​strateji mövqelərə çəkilməyə məcbur olub. Hərbi rəhbərlik bölgəyə əlavə ehtiyatların köçürülməsi barədə də məlumat verib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində bir sıra yaşayış məntəqələrinin azad edildiyini, mayın 14-də isə qarşı tərəfin müdafiəsinin dərinliklərinə irəliləyişin davam etdiyini bildirib.